Avroliqa: “Roma” qalib gəldi, “Yuventus” son anda xilas oldu

Avroliqa: “Roma” qalib gəldi, “Yuventus” son anda xilas oldu

Bu gün Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, hər iki oyun eyni gündə baş tutub.

İtaliyanın “Roma” klubu doğma meydanda Almaniya “Bayer”i ilə üz-üzə gəlib. "Canavarlar" ilk oyundan minimal hesabla qalib ayrılıblar.

İtaliyanın digər təmsilçisi “Yuventus” isə İspaniyanın “Sevilya” komandasını qəbul edib. Turin təmsilçisi məğlubiyyətdən son anda qurtulub.

Yarımfinalın cavab qarşılaşmaları mayın 18-də keçiriləcək.

Avropa Liqası Yarımfinalın ilk oyunları 11 may

Roma (İtaliya) – Bayer (Almaniya) 1:0 Qol: E.Bove, 63.

Yuventus (İtaliya) – Sevilya (İspaniya) 1:1 Qol: Qatti, 90+7 – En Nesiri, 26.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər