Avroliqa: “Liverpul”la “Roma” səfərdə, “Bayer” evdə qalib gəldi

Avroliqa: “Liverpul”la “Roma” səfərdə, “Bayer” evdə qalib gəldi

Avropa Liqasında qrup mərhələsinə start verilib.

Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da qrup mərhələsindəki ilk matçını bu gün keçirib.

Ağdam təmsilçisi Bakıda Norveçin “Molde” komandasını qəbul edib və qələbə qazanıb.

Təmsilçimizin yer aldığı H qrupunun digər oyununda “Bayer” Almaniyada İsveç “Hakken”inə darmadağınla qalib gəlib.

Avropa Liqası Qrup mərhələsi 21 sentyabr

A qrupu

“Olimpiakos” (Yunanıstan) - “Frayburq” (Almaniya) 2:3 Qollar: El Kaabi, 40; 75 – Sallai, 9. Qrifo, 45+7-pen. Filipp, 86. 

“Vest Hem” (İngiltərə) - “Baçka Topola” (Serbiya) 3:1 Qollar: Petroviç, 66-pen. M.Kudus, 70. Souçek, 82 – Staniç, 48.

B qrupu

“Ayaks” (Niderland) – “Olimpik” (Marsel, Fransa) 3:3 Qollar: Forbs, 9. Berqeys, 20. Teylor, 52 – Klauss, 23. Obameyanq, 38; 78.

“Brayton” (İngiltərə) - AEK (Afina, Yunanıstan) 2:3 Qollar: J.Pedro, 30-pen; 67-pen – Sidibe, 11. Qaçinoviç, 40. Ponse, 84.

C qrupu

“Reyncers” (Şotlandiya) - “Betis” (İspaniya) 1:0 Qol: Sima, 68.

“Sparta” (Praqa, Çexiya) - “Aris” (Limasol, Kipr) 3:2 Qollar: Kreyçi, 20; 25. Vitik, 67 – Kokorin, 11-pen. Babiçka, 90.

D qrupu

“Atalanta” (İtaliya) - “Rakuv” (Polşa) 2:0 Qollar: De Ketelare, 49. Ederson, 66.

“Şturm” (Avstriya) - “Sportinq” (Portuqaliya) 1:2 Qollar: Bovinq, 58 – Qyokeres, 76. Diomande, 84.

E qrupu

LASK (Avstriya) - “Liverpul” (İngiltərə) 1:3 Qollar: Flekker, 14 – D.Nunes, 56-pen. L.Dias, 63. M.Salah, 88.

“Yunion” (Belçika) - “Tuluza” (Fransa) 1:1 Qollar: Amura, 69 – Dallinqa, 45+3-pen.

F qrupu

“Panatinaikos” (Yunanıstan) - “Vilyarreal” (İspaniya) 2:0 Qollar: İoannidis, 38. Şporar, 78.

“Renn” (Fransa) - Makkabi (Hayfa, İsrail) 3:0 Qollar: Blas, 1. Truffer, 31. B.Yıldırım, 55.

G qrupu

“Şerif” (Moldova) - “Roma” (İtaliya) 1:2 Qollar: Tovar, 57 – Kiki, 45+4-öz qapısına. Lukaku, 65.

“Servett” (İsveçrə) - “Slaviya” (Praqa, Çexiya) 0:2 Qollar: Masopust, 32. Oqbu, 59.

H qrupu

“Bayer” (Almaniya) - “Hakken” (İsveç) 4:0 Qollar: Virts, 10. Adli, 16. Bonifase, 66. Hofmann, 70.

“Qarabağ” (Azərbaycan) - Molde (Norveç) 1:0 Qol: L.Andrade, 56.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər