Atletiko Madrid "Yuventus"un ulduzuna elçi düşdü

Atletiko Madrid "Yuventus"un ulduzuna elçi düşdü

İspaniya nəhəngi "Atletiko Madrid" yay transfer pəncərəsi üçün hədəflərini müəyyənləşdirib.

Fanat.Az xəbər verir ki, "365scores" portalının məlumatına görə, Madrid təmsilçisi "Yuventus"un və ABŞ millisinin yarımmüdafiəçisi Ueston Makkenni ilə yaxından maraqlanır.

Müqaviləsi bu yay başa çatacaq amerikalı futbolçu, azad agent statusu qazanacağı üçün Avropanın transfer bazarında ən cəlbedici namizədlərdən biri hesab olunur.

Madridlilərin bu fürsətdən yararlanaraq təcrübəli oyunçunu heyətinə qatmaq istədiyi vurğulanır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər