"Atletiko Madrid" - MY matçında Xocalı faciəsi ilə bağlı banner açıldı

"Atletiko Madrid" - MY matçında Xocalı faciəsi ilə bağlı banner açıldı

İspaniyada "Atletiko Madrid" və İngiltərənin "Mançester Yunayted" komandaları arasında keçirilmiş UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda (1:1) Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar banner açılıb.

Fanat.Az-ın məlumatına görə, Çexiyada yaşayan azərbaycanlı futbol azarkeşi Fərid Əmrəliyev matçın oynanıldığı "Vanda Metropolitano" stadionunda "Xocalıya ədalət!" şüarının əks olunduğu poster nümayiş etdirib.

O, Xocalı soyqırımı həqiqətlərinə əcnəbi qonaqların diqqətini cəlb etmək məqsədi ilə bu addımı atıb. Stadion əməkdaşlarının posteri yığışdırmaqla bağlı israrlı təkidlərinə baxmayaraq, Əmrəliyev onun bir neçə dəqiqə ərzində görünməsinə nail olub.

Qeyd edək ki, Çexiya parlament səviyyəsində Xocalı soyqırımını tanıyan ölkələrdən biridir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər