"Astana" - BATE oyununa Azərbaycandan təyinat

"Astana" - BATE oyununa Azərbaycandan təyinat
AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinin sədr müavini Orxan Hüseynzadə yeni təyinat alıb. 
Fanat.Az xəbər verir ki, qitə futbol qurumu UEFA həmyerlimizi Avropa Liqasının pley-off görüşünə təyin edib.
Belə ki, Hüseynzadə avqustun 22-də Astanada baş tutacaq "Astana" - BATE (Belarus) qarşılaşmasında iş başında olacaq. O, ukraynalı hakimlər briqadasının idarə edəcəyi görüşdə UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək.  
Xatırladaq ki, Hüseynzadə iyulda Maltada keçirilmiş "Valletta"  - "Düdelanj" (Lüksemburq) görüşünə də təyinat almışdı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər