"Arsenal"ın futbolçusu İstanbul nəhənginə keçməyə yaxındır

"Arsenal"ın futbolçusu İstanbul nəhənginə keçməyə yaxındır

"Arsenal" ın futbolçusu Emil Smit Rou karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Takvim" yayıb.

Xəbərə görə, ingiltərəli yarımmüdafiəçi "Qalatasaray"ın diqqət mərkəzindədir.

"Transfermarkt" portalı 23 yaşlı futbolçunun transfer qiymətini 25 milyon avro ilə dəyərləndirir.

Qeyd edək ki, sözügedən oyunçu cari mövsüm "Arsenal" forması ilə 13 rəsmi matça çıxaraq 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər