"Arsenal" və "Tottenhem"in "Çelsi"nin futbolçusu uğrunda mübarizəsi

"Arsenal" və "Tottenhem"in "Çelsi"nin futbolçusu uğrunda mübarizəsi
"Çelsi"nin vingeri Villian karyerasını digər London klublarından birində davam etdirə bilər.
Fanat.Az "The Telegraph"a istinadən xəbər verir ki, "Arsenal" və "Tottenhem" Villianın xidmətində maraqlıdı. Hər iki klubun transferə ayıracaq büdcəsi yoxdu. "Topçular" və "Spörs" braziliyalı futbolçunu icarə əsasında və ya azad agent kimi heyətlərinə qatacaqlarına ümid edir.
Villian 2013-cü ildən "Çelsi"də çıxış edir. 31 yaşlı oyunçunun müqaviləsi mövsümün sonunda başa çatır.
Villian cari Premyer Liqa mövsümündə 5 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər