Arif Əsədovun Super Liqa klubuna keçidi baş tutmadı

Arif Əsədovun Super Liqa klubuna keçidi baş tutmadı
Türkiyənin "Ankaragücü" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, İsmail Kartalla yollarını ayıran Super Liqa təmsilçisi Bayram Bektaşla anlaşıb. Bu barədə klub rəsmi açıqlama yayıb.
Qeyd edək ki, "Ankaragücü"nün Arif Əsədovla danışıqlar apardığı iddia olunmuşdu. Türkiyə mətbuatının məlumatında bildirilirdi ki, yayda da azərbaycanlı mütəxəssislə anlaşmaq istəyən Ankara təmsilçisi son anda İsmail Kartalı baş məşqçi postuna gətirmişdi. Bu dəfə klub rəsmilərinin Arif Əsədovu Türkiyəyə aparmaqda iddialı olduğu bildirilirdi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər