Argentinada Azərbaycan bayrağını kim daşıyacaq? - FOTO

Argentinada Azərbaycan bayrağını kim daşıyacaq? - FOTO
Bu gün Argentinanın paytaxtı Buenos-Ayresədə start götürəcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycanın bayraqdarı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, açılış mərasimində Azərbaycan bayrağını boksçu Nurlan Səfərov daşıyacaq.
Argentinada Azərbaycan bayrağını kim daşıyacaq? - FOTO
Qeyd edək ki, Azərbaycan Oyunlarda 17 idmançı, ümumilikdə, 40-a yaxın nümayəndə heyəti ilə təmsil olunur. İdmançılar gimnastika, boks, atletika, güləş, cüdo, üzgüçülük, taekvondo və stolüstü tennis növlərində mübarizə aparacaqlar.
Cənubi Amerikada üzgüçü Fatimə Alkərəmova (bütün yarış növləri), stolüstü tenisçi Ninq Jinq və Yu Xinhanq, taekvondoçular Minayə Əkbərova (44 kq) və Cavad Ağayev (63 kq), boksçular Nurlan Səfərov (60 kq) və Nicat Həsənov (69 kq), sərbəst güləşçilər Turan Bayramov (65 kq) və Şəhanə Nəzərova (43 kq), gimnastlar Yelizaveta Luzan və Səməd Məmmədli, cüdoçular Vüsalə Kərimova (44 kq) və Vüqar Talıbov (66 kq), ağırlıqqaldıranlar Tamerxan Babayev (85 kq) və Lalə Rzazadə (58 kq), atletlər Rüstəm Məmmədov (üçtəkanla uzununa tullanma) və Fəxriyyə Tağızadə (qaçış 100 m) yarışacaq. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər