Argetina millisinin və "Sevilya"nın hücumçusu Alexandro Qomes qış transfer pəncərəsi dönəmində MLS-ə gedə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, Qomes yanvarda İspaniya tərk etmək istəyir.
Qeyd edək ki, 34 yaşlı yarımmüdafiəçi cari mövsüm İspaniya La Liqasında 12 matçda iştirak edib və 1 qolla yadda qalıb. DÇ-2022-də isə yığmanın heyətində 2 oyunda meydana çıxıb.
Röya