APL: "Zirə" və "Qəbələ" Konfrans Liqasında 

APL: "Zirə" və "Qəbələ" Konfrans Liqasında 

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 27-ci turun oyunları keçirilib.

FanatAz xəbər verir ki, turun bütün görüşləri eyni vaxtda - saat 17:00-da başlayıb.

Liderlə autsayderin - "Qarabağ"la "Səbail"in görüşü formal xarakter daşısa da, çempion bu mövsüm yeganə məğlubiyyətini məhz Bayıl təmsilçisindən almışdı. Az oynayan futbolçulara şans verən Qurban Qurbanovun komandası autsayderin qapısına 3 cavabsız qol vurub.

"Sabah" "Sumqayıt"ı qəbul edib. Murad Musayevin yetirmələri azlıqda qalandan sonra qapısından iki top buraxıb. Lakin uzatma dıqiqələrində inanılmazı reallaşdıran Masazır təmsilçisi 1 xal qazana bilib. Hərçənd bu bərabərlik avrokubok ümidləri puça çıxan "Sabah"ın işinə yaramayıb.

"Zirə" gümüş medalları təmin edən "Neftçi"ni tək qolla yenib. Rəşad Sadıqovun komandası 3 xal qazanaraq Konfrans Liqasında iştirak hüququna yiyələnib. Bununla belə, "qartallar"ın "bürünc" uğrunda mübarizəsi davam edir.

"Şamaxı"nı qonaq qismində məğlubiyyətə uğradan "Qəbələ" 4-cü pillədəki yerini təqibçisi üçün əlçatmaz edib və Konfrans Liqasına vəsiqəni rəsmiləşdirib. "Qırmızı-qaralar"ın son turda "bürünc"ü "Zirə"dən "qopartmaq" şansı da var.

Azərbaycan Premyer Liqası 27-ci tur 15 may 

17:00. “Səbail” – “Qarabağ” 0:3

Qollar: Rauf Hüseynli, 70. Musa Qurbanlı, 87. Ramil Şeydayev, 90+3. “Səbail”: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev (k), 5. Adil Nağıyev, 11. Rauf Əliyev, 6. Cabir Əmirli, 10. Cavid Tağıyev, 21. Məhəmməd Mirzəbəyov, 33. Domantas Şimkus, 30. Camal Araqo, 32. Nikolas Raysel, 88. Elmir Tağıyev Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 17. Elçin Rəhimli, 7. Mirsayib Abbasov, 22. Əfran İsmayılov, 19. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov, 38. Zeynəddin Abdurahmanov Baş məşqçi: Aftandil Hacıyev “Qarabağ”: 89. Amin Ramazanov, 18. İsmayıl İbrahimli, 77. Ramil Şeydayev, 7. Riçard Almeyda (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 21. Rauf Hüseynli, 97. Rüstəm Əhmədzadə, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 24. Zamiq Əliyev Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 23. Luka Quqeşaşvili, 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 19. Filip Ozobiç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Patrik Andrade, 25. Vadji İbrahima, 44. Elvin Cəfərquliyev, 83. Nihad Quliyev Baş məşqçi: Qurban Qurbanov Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Rəhman İmami, Rəvan Həmzəzadə Hakim-inspektor: Anar Salmanov AFFA nümayəndəsi: Məmmədəli Məmmədov “ASCO Arena”.

“Sabah” – “Sumqayıt” 2:2 

Qollar: VKristian Sebalyos, 90+5-pen. Aleksey Kaşuk, 90+6 - Vurğun Hüseynov, 57. Rəhim Sadıxov, 83. 

Qırmızı vərəqə: Amin Seydiyev, 53 ("Sabah") “Sabah”: 94. Yusif İmanov, 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 3. Zurab Oçiqava, 20. Coy-Lens Mikels, 15. Kristian da Silva, 7. Boyan Letiç, 73. Lukas Rangel, 18. Aleksey Kaşuk Ehtiyat oyunçular: 97. Aleksandr Neçayev, 32. Rustam Samigullin, 14. Slavik Alxasov, 9. Xulio Sezar Rodrigez, 17. Xuan Kamara, 24. Mixeil Erqemlidze, 11. Kristian Sebalyos, 99. Hiqor Qabriel, 21. İldar Alekperov, 29. Ceyhun Nuriyev, 66. Abdulax Xaibulaev, 33. Camal Cəfərov Baş məşqçi: Murad Musayev

“Sumqayıt”: 23. Andrey Popoviç, 3. Vurğun Hüseynov (k), 18. Süleyman Əhmədov, 17. Murad Xaçayev, 6. Vüqar Mustafayev, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 74. Yusif Nəbiyev, 91. Anatoli Nuriyev, 11. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 1. Tərlan Əhmədli, 14. Elvin Bədəlov, 10. Rəhim Sadıxov, 60. Elvin Məmmədov, 2. Dmitro Nağıyev, 33. Eltun Turabov, 78. Araz Abdullayev, 24. Elşən Abdullayev, 15. Vüqar Bəybalayev, 5. Camaləddin Xocaniyazov, 20. Ayxan Süleymanlı Baş məşqçi: Aleksey Baqa Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Kamranbəy Rəhimov Hakim-inspektor: Gülağa Cabarov AFFA nümayəndəsi: Aslan Şahgəldiyev “Bank Respublika Arena”, (“CBC Sport”/canlı)

 “Şamaxı” – “Qəbələ” 0:1 Qol: Emil Səfərov, 25 “Şamaxı”: 1. Stanislav Namaşko, 2. İlkin Qırtımov (k), 7. Rəhman Hacıyev, 5. Kərim Diniyev, 99. Rafael Məhərrəmli, 11. Sadio Tounkara, 77. Merab Qiqauri, 72. Aldair Neto, 10. Felipe Santos, 9. Natan Oduva, 22. Elçin Mustafayev Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 29. Amil Yunanov, 6. Franko Flores, 13. Pərviz Azadov, 50. Samir Abdullayev, 39. Elnur Süleymanov, 88. Fuad Bayramov, 95. Rəhman Daşdəmirov Baş məşqçi: Rüstəm Əliyev

“Qəbələ”: 94. Nicat Mehbalıyev, 11. Asif Məmmədov (k), 27. Məqsəd İsayev, 34. Urfan Abbasov, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato, 10. Omar Hani, 9. Fernan Lopes, 12. Rüfət Əhmədov, 77. Emil Səfərov Ehtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanov, 19. Rövlan Muradov, 14. Ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 8. Stefan Vukçeviç, 24. Patrik Robson, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 33. Hüseyn Mürsəlov Baş məşqçi: Elmar Baxşıyev Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu Hakim-inspektor: İmanxan Sultani AFFA nümayəndəsi: Seymur Səlimli Şamaxı şəhər stadionu, (pfl.az/canlı)

17:00. “Zirə” – “Neftçi” 1:0 (ikinci hissə)

Qol: Ramin Əhmədov, 81 “Zirə”: 41. Anar Nəzirov, 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev (k), 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 18. Davit Volkov, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 9. Loris Bronyo, 14. Hamidu Keyta, 4. Cəlal Hüseynov Ehtiyat oyunçular: 22. Nail Alışov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 10. Ağabala Ramazanov, 2. Sertan Taşkın, 15. Ruslan Abışov, 5. Rahil Məmmədov, 47. Mohamed Hamdaui, 92. Brayan Alseus, 99. Ahmed Ayzaya, 13. Ramin Əhmədov, 56. Samir Ağayev Baş məşqçi: Rəşad Sadıqov

“Neftçi”: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 19. Azər Salahlı, 14. Eddi İsrafilov, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 91. Ramon Maçado, 7. Azər Əliyev, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 26. Ömər Buludov, 97. Xəyal Nəcəfov, 10. Sezar Meza Kolli, 77. Gilyerme Pato, 37. Vüsal Əsgərov, 73. Ramin Nəsirli Baş məşqçi: Samir Abasov Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, İnqilab Məmmədov Hakim-inspektor: Ömər Paşayev AFFA nümayəndəsi: Rüfət Əmirov Zirə İdman Kompleksinin stadionu, (cbcsport.az/canlı)

N Klublar O Q H M T-F X
1 Qarabağ 27 20 6 1 68-12 66
2 Neftçi 27 15 5 7 41-27 50
3 Zirə 27 13 7 7 33-27 46
4 Qəbələ 27 12 8 7 37-33 44
5 Sabah 27 12 4 11 41-33 40
6 Şamaxı 27 5 6 16 25-49 21
7 Sumqayıt 27 4 7 16 17-46 19
8 Səbail 27 4 3 20 17-52 15
 

Bombardirlər: Filip Ozobiç ("Qarabağ") - 11 qol Vadji İbrahima ("Qarabağ") - 11 qol Kadi Borqes ("Qarabağ") - 11 qol Coy-Lens Mikels ("Sabah") - 11 qol Davit Volkov ("Zirə") - 11 qol Tiaqo Bezerra ("Neftçi") - 10 qol

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər