APL: "Sabah"dan darmadağın, "ASCO Arena"da bərabərlik 

APL: "Sabah"dan darmadağın, "ASCO Arena"da bərabərlik 

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, ikinci oyun günündə daha 2 görüş baş tutub.

Günün ilk matçında liderin ən yaxın izləyicisi "Qəbələ" "Sabah"ın qonağı olub. Masazırda keçirilən oyun saat 17:00-da başlayıb. "Bank Respublika Arena"dakı matçı Elçin Məsiyev idarə edib. Meydan sahibləri 3:0 hesablı qələbə qazanaraq turnir cədvəlinin 4-cü pilləsindəki "Neftçi"yə yaxınlaşıb. "Qəbələ" isə məğlubiyyətə baxmayaraq 2-ci yerdə qalıb.

Turun son oyununda "Səbail" və "Sumqayıt" komandaları üz-üzə gəlib. Hesabı meydan sahibləri açıb. İkinci yarının ortalarında avtoqola sevinən "kimyaçılar" yenilgidən qurtulub. Beləliklə, son sırada yer alan "Səbail"lə ondan irəlidəki "Sumqayıt"ın mövqeləri dəyişməz qalıb.

Qeyd edək ki, turun ilk oyun günündə "Zirə" səfərdə "Keşlə"ni 1:0, "Qarabağ" isə "Neftçi"ni 2:1 hesabı ilə məğlub edib.

Azərbaycan Premyer Liqası

XV tur

8 fevral (çərşənbə axşamı)

“Sabah” – “Qəbələ” 3:0   Qollar: Coy-Lens Mikels, 38. Xuan Kamara, 41. Xulio Rodriqes, 76

“Sabah”: 1. Səlahət Ağayev (k), 14. Slavik Alxasov, 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov, 9. Xulio Sezar Rodriqez, 3. Zurab Oçiqava, 20. Coy-Lens Mikels, 17. Xuan Kamara, 29. Ceyhun Nuriyev Ehtiyat oyunçular: 97. Aleksandr Neçayev, 32. Rustam Samigullin, 26. Fofana Tiemoko, 24. Mixeil Erqemlidze, 55. Şpiro Periçiç, 15. Kristian da Silva, 99. Hiqor Qabriel, 8. Şakir Seyidov, 21. İldar Alekperov, 19. Kamran Quliyev, 66. Abdulax Xaibulaev, 33. Camal Cəfərov Baş məşqçi: Murad Musayev

“Qəbələ”: 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 7. Ehtiram Şahverdiyev, 27. Məqsəd İsayev, 8. Stefan Vukçeviç, 23. Rafael Utziq, 5. İsnik Alimi, 10. Omar Hani, 9. Fernan Lopes Ehtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 6. Kamal Mirzəyev, 24. Patrik Robson, 2. Samet Karakoç, 77. Emil Səfərov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 33. Hüseyn Mürsəlov Baş məşqçi: Elmar Baxşıyev Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Cavanşir Yusifov, Tural Qurbanov Hakim-inspektor: Anar Salmanov AFFA nümayəndəsi: Əsgər Əmirəliyev “Bank Respublika Arena".

“Səbail” – “Sumqayıt” 1:1 

Qollar: Domantas Şimkus,18 - Camal Araqo, 65-öz qapısına.

Səbail: 1. Rəşad Əzizli, 14. Rahid Əmirquliyev (k), 11. Rauf Əliyev, 6. Cabir Əmirli, 10. Cavid Tağıyev, 21. Məhəmməd Mirzəbəyov, 19. Ruslan Hacıyev, 33. Domantas Şimkus, 34. Yurgen Qoxa, 30. Camal Araqo, 77. Ədilxan Qarəhmədov. Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 17. Elçin Rəhimli, 22. Əfran İsmayılov, 88. Elmir Tağıyev, 66. İbrahim Aslanlı, 99. Vidadi Cəfərov, 38. Zeynəddin Abdurahmanov. Baş məşqçi: Aftandil Hacıyev.

Sumqayıt: 1. Tərlan Əhmədli, 17. Murad Xaçayev, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 9. Əli Qurbani, 2. Dmitro Nağıyev, 4. Höccət Haqverdi, 24. Elşən Abdullayev, 5. Camaləddin Xocaniyazov, 11. Rüfət Abdullazadə. Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 25. İlnur Valiyev, 18. Süleyman Əhmədov, 30. Nəbi Məmmədov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 74. Yusif Nəbiyev, 15. Vüqar Bəybalayev, 19. Xəzər Mahmudov, 37. Nicat Əliyev, 8. Səbuhi Abdullazadə, 21. Sənan Ağayev. Baş məşqçi: Aleksey Baqa.

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüsal Məmmədov, Rövşən Rəcəbov Hakim-inspektor: Ceyhun Haşımov AFFA nümayəndəsi: Rüfət Əmirov “ASCO Arena”.

N Klublar O Q H M T-F X
1 Qarabağ 15 11 3 1 32-9 36
2 Qəbələ 15 7 5 3 23-17 26
3 Zirə 15 7 4 4 23-16 25
4 Neftçi 15 6 4 5 22-21 22
5 Sabah 15 6 2 7 23-23 20
6 Keşlə 15 4 2 9 17-25 14
7 Sumqayıt 15 3 4 8 10-21 13
8 Səbail 15 3 2 10 12-30 11
 

Bombardirlər: Davit Volkov ("Zirə") - 10 qol Coy-Lens Mikels ("Sabah") - 7 qol Filip Ozobiç ("Qarabağ") - 7 qol Musa Qurbanlı ("Qarabağ") - 6 qol Abdullah Zubir ("Qarabağ") - 6 qol Ülvi İsgəndərov ("Qəbələ") - 5 qol  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər