Bu gün Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma keçirilib.
Günün ilk matçında "Qəbələ" öz meydanında "Keşlə"ni qəbul edib. Fərid Hacıyevin idarə edəcəyi görüşə 15:00-da start verilib. Qonaqlar 2 qırmızı vərəqə görsələr də, qarşılaşma qollu bərabərliklə başa çatıb.
Turun və günün son oyununda isə turnir cədvəlində 2-ci və 3-cü pillələri bölüşdürən “Neftçi” ilə “Zirə” üz-üzə gəlib. Bu duel də yetərincə gərgin alınıb. Öncə referi "qartallar"ı azlıqda qoyub, ardından isə "Neftçi" də 10 nəfərlə mübarizə aparmaq məcburiyyətində qalıb. Rəşad Sadıqovun yetirmələri sona yaxın önə keçməyi bacarsalar da, "ağ-qaralar" 5-ci uzatma dəqiqəsində yenilgidən qurtulub. Beləliklə, turnir cədvəlinin ilk "dördlüy"ü dəyişməz qalıb. Beləliklə, dünən "Səbail"i darmadağın edən lider - "Qarabağ" izləyicilərindən bir qədər də aralanmış olub.
Qeyd edək ki, ötən gün keçirilən görüşlərdə "Qarabağ" "Səbail"i 5:1, "Sabah" isə "Sumqayıt"ı 3:0 hesabı ilə məğlub edib. Azərbaycan Premyer Liqası 31-ci tur 3 aprel (bazar)
“Qəbələ” – “Keşlə” 1:1 Qollar: Omar Hani, 47 - Merab Qiqauri, 32 Qırmızı vərəqələr: Tərlan Quliyev, 51, Kamal Bayramov, 65 (hər ikisi "Keşlə") “Qəbələ”: 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 27. Məqsəd İsayev, 34. Urfan Abbasov, 8. Stefan Vukçeviç, 23. Rafael Utziq, 4. Ruan Renato, 24. Patrik Robson, 12. Rüfət Əhmədov Ehtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 10. Omar Hani, 77. Emil Səfərov, 20. Rauf Rüstəmli, 33. Hüseyn Mürsəlov Baş məşqçi: Elmar Baxşıyev “Keşlə”: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev, 2. İlkin Qırtımov, 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev (k), 99. Rafael Məhərrəmli, 11. Sadio Tounkara, 77. Merab Qiqauri, 72. Aldair Neto, 9. Natan Oduva, 13. Pərviz Azadov Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 8. Tural Axundov, 29. Amil Yunanov, 6. Franko Flores, 22. Elçin Mustafayev, 14. Turan Vəlizadə, 50. Samir Abdullayev, 95. Rəhman Daşdəmirov Baş məşqçi: Sənan Qurbanov Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Kamran Bayramov, Namiq Bəkirov Hakim-inspektor: Feyzulla Feyzullayev AFFA nümayəndəsi: Asif Əliyev Qəbələ şəhər stadionu, 15:00
“Neftçi” – “Zirə" 1:1
Qollar: Tiaqo Bezerra, 90+5-pen. - Ahmet Ayzaya, 89.
Qırmızı vərəqələr: Coşqun Diniyev, 59; Ağabala Ramazanov, 90 ( hər ikisi Zirə). Eddi İsrafilov, 79 (Neftçi)
“Neftçi”: 1. İvan Brkiç, 26. Ömər Buludov, 8. Emin Mahmudov (k), 19. Azər Salahlı, 14. Eddi İsrafilov, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 10. Sezar Meza Kolli, 9. Tiaqo Bezerra, 77. Gilyerme Pato, 27. Fərid Yusifli Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 97. Xəyal Nəcəfov, 24. Yusuf Laval, 7. Azər Əliyev, 21. İsmayıl Zülfüqarlı, 37. Vüsal Əsgərov, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov Baş məşqçi: Samir Abasov “Zirə”: 1. Mehdi Cənnətov, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 5. Rahil Məmmədov, 18. Davit Volkov, 44. Dmitrios Çantakias, 47. Mohamed Hamdaui, 9. Loris Bronyo, 14. Hamidu Keyta, 99. Ahmed Ayzaya, 4. Cəlal Hüseynov (k) Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 8. İlkin Muradov, 10. Ağabala Ramazanov, 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 15. Ruslan Abışov, 92. Brayan Alseus, 51. Rüstəm Nuruyev, 13. Ramin Əhmədov, 61. Nizami Səmədov, 56. Samir Ağayev Baş məşqçi: Rəşad Sadıqov Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli Hakim-inspektor: Ceyhun Haşımov AFFA nümayəndəsi: Erkin Hüseynov “Bakcell Arena”, 17:15
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Qarabağ | 20 | 15 | 4 | 1 | 46-11 | 49 |
| 2 | Neftçi | 21 | 11 | 5 | 5 | 35-24 | 38 |
| 3 | Zirə | 21 | 10 | 6 | 5 | 28-20 | 36 |
| 4 | Qəbələ | 21 | 9 | 7 | 5 | 31-27 | 34 |
| 5 | Sabah | 21 | 9 | 2 | 10 | 28-27 | 29 |
| 6 | Keşlə | 21 | 5 | 5 | 11 | 23-31 | 20 |
| 7 | Sumqayıt | 20 | 3 | 5 | 12 | 12-32 | 14 |
| 8 | Səbail | 21 | 3 | 2 | 16 | 13-44 | 11 |
Bombardirlər: Davit Volkov ("Zirə") - 10 qol Filip Ozobiç ("Qarabağ") - 8 qol Abdullah Zubir ("Qarabağ") - 8 qol Coy-Lens Mikels ("Sabah") - 8 qol Kadi Borqes ("Qarabağ") - 6 qol Musa Qurbanlı ("Qarabağ") - 6 qol Ülvi İsgəndərov ("Qəbələ") - 6 qol İsnik Alimi ("Qəbələ") - 6 qol Ramil Şeydayev ("Qarabağ") - 6 qol