APL: "Qarabağ"dan darmadağın, "Səbail" "Qəbələ"ni şoka saldı

APL: "Qarabağ"dan darmadağın, "Səbail" "Qəbələ"ni şoka saldı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 22-ci turun son iki oyunu keçirilib.

Fanat.Az xəbər verir ki, günün ilk matçında "Sumqayıt" "Qarabağ"ı qəbul edib.

Ağdam klubu səfər qarşılaşmasında böyük hesablı qələbə qazanaraq ardıcıl 10-cu mövsümdə avrokuboklara vəsiqəni rəsmiləşdirib.

Tura "Səbail" - "Qəbələ" görüşü ilə yekun vurulub. Elmar Baxşıyevin baş məşqçi olduğu kollektiv səfər matçında qalib gələcəyi təqdirdə, 3-cü pilləyə yüksələcəkdi. Lakin autsayder "qırmızı-qaralar"ı 3 cavabsız qolla şoka salıb.

Qeyd edək ki, ilk oyun günündə "Neftçi" səfərdə "Şamaxını" 2:1, "Sabah" isə evdə "Zirə"ni 3:1 hesabı ilə üstələyib.

Azərbaycan Premyer Liqası 22-ci tur 10 aprel 

“Sumqayıt” – “Qarabağ” 0:3 

Qollar: Kadi Borqes, 16. Marko Veşoviç, 67. Leandro Andrade, 69. Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev Kapital Bank Arena.

Sumqayıt: 23. Andrey Popoviç, 18. Süleyman Əhmədov, 6. Vüqar Mustafayev (k), 7. Tellur Mütəllimov, 9. Əli Qurbani, 2. Dmitro Nağıyev, 4. Höccət Haqverdi, 78. Araz Abdullayev, 5. Camaləddin Xocaniyazov, 11. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə. Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 1. Tərlan Əhmədli, 30. Nəbi Məmmədov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 24. Elşən Abdullayev, 15. Vüqar Bəybalayev, 20. Ayxan Süleymanlı, 55. İbrahim Əliyev. Baş məşqçi: Aleksey Baqa.   Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 77. Ramil Şeydayev, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Patrik Andrade, 29. Marko Veşoviç, 20. Kadi Borqes, 15. Leandro Andrade, 44. Elvin Cəfərquliyev. Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 30. Abbas Hüseynov, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 25. İbrahima Vadji, 97. Rüstəm Əhmədzadə, 27. Toral Bayramov, 22. Musa Qurbanlı. Baş məşqçi: Qurban Qurbanov.

 

“Səbail” – “Qəbələ” 3:0 

Qol: Adil Nağıyev, 41. Nikolas Raysel, 68. İbrahim Aslanlı, 73. Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Rəhman İmami, Rəvan Həmzəzadə ASCO Arena.

Səbail: 1. Rəşad Əzizli, 5. Adil Nağıyev, 7. Mirsayib Abbasov, 22. Əfran İsmayılov (k), 6. Cabir Əmirli, 39. Tural Bayramlı, 33. Domantas Şimkus, 30. Camal Araqo, 32. Nikolas Raysel, 88. Elmir Tağıyev, 66. İbrahim Aslanlı. Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 17. Elçin Rəhimli, 14. Rahid Əmirquliyev, 11. Rauf Əliyev, 10. Cavid Tağıyev, 21. Məhəmməd Mirzəbəyov, 19. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov, 38. Zeynəddin Abdurahmanov, 27. Rasim Hasanov, 15. Ayxan Bədizadə. Baş məşqçi: Aftandil Hacıyev.   Qəbələ: 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 27. Məqsəd İsayev, 34. Ürfan Abbasov, 8. Stefan Vukçeviç, 23. Rafael Utziq, 5. İsnik Alimi, 12. Rüfət Əhmədov, 77. Emil Səfərov. Ehtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 10. Omar Hani, 24. Patrik Robson, 2. Samet Karakoç, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 33. Hüseyn Mürsəlov. Baş məşqçi: Elmar Baxşıyev.

 
 
N Klublar O Q H M T-F X
1 Qarabağ 21 16 4 1 49-11 52
2 Neftçi 22 12 5 5 37-25 41
3 Zirə 22 10 6 6 29-23 36
4 Qəbələ 22 9 7 6 31-30 34
5 Sabah 22 10 2 10 31-28 32
6 Şamaxı 22 5 5 12 24-33 20
7 Sumqayıt 21 3 5 13 12-35 14
8 Səbail 22 4 2 16 16-44 14
 

Bombardirlər: Davit Volkov ("Zirə") - 10 qol Coy-Lens Mikels ("Sabah") - 9 qol Filip Ozobiç ("Qarabağ") - 8 qol Abdullah Zubir ("Qarabağ") - 8 qol Tiaqo Bezerra ("Neftçi") - 7 qol  

 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər