Antonio Konte "Tottenhem"in yeni baş məşqçi təyin olunub.
Fanat.Az xəbər verir ki, məlumatı klubun rəsmi saytı yayıb.
52 yaşlı mütəxəssislə müddəti 2023-cü ilin yayınadək nəzərdə tutulan müqaviləyə imza atılıb.
Qeyd edək ki, Antonio Konte bu vəzifədə ötən gün istefaya göndərilmiş Nunu Eşpiritu Santunu əvəzləyib.