Bu gün Nunu Eşpiritu Santunu istefaya göndərən "Tottenhem"in baş məşqçi postuna kimin gələcəyi bəlli olub.
Fanat.Az xəbər verir ki, komandanın italiyalı mütəxəssis Antonio Konteyə (Antonio Conte) həvalə olunacağı bildirilir.
Məlumatı onun həmyerlisi, tanınmış jurnalist Fabritsio Romano şəxsi "Twitter" səhifəsində yazıb.
Hazırda klub rəhbərliyi və 52 yaşlı mütəxəssis arasında danışıqlar gedir və müsbət nəticələnəcəyi gözlənilir.
Emin Şəmsiyev