Ansu Fati İstanbul nəhənginə keçə bilər

Ansu Fati İstanbul nəhənginə keçə bilər

"Barselona"nın 21 yaşlı hücumçusu Ansu Fati karyerasını Türkiyə nəhəngində davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı "Sport.es" yayıb.

Xəbərə görə, onun xidmətində "Fənərbağça" maraqlıdır. Mənbə İstanbul təmsilçisinin baş məşqçisi Joze Mourinyu Fatinin heyətə qatılmasını şəxsən istəyir və tərəflər artıq danışıqlara başlayıblar. "Barselona"nın hələ türklərə "hə" demədiyi, öncə Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flikin Fatinin hansı durumda olduğunu yoxlamaq istədiyi bildirilib.

Xatırladaq ki, sözügedən futbolçu son mövsümü icarə əsasında İngiltərənin "Brayton" klubunda keçirib. "Qağayılar"ın forması ilə 30 matça çıxan Ansu bu qarşılaşmalarda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 25 milyon avro ilə dəyərləndirir.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər