Ançelotti "Roma"nı təbrik etdi

Ançelotti "Roma"nı təbrik etdi

"Real Madrid"in italiyalı baş məşqçisi Karlo Ançelotti Konfrans Liqasının finalında "Roma"nın qələbəsinə münasibət bildirib.

Fanat.Az xəbər verir ki, 63 yaşlı mütəxəssis "Twitter" hesabında ötən gün baş tutan həlledici qarşılaşmada Niderlandın "Feyenoord" klubunu məğlub edərək (1:0) turnirin tarixinə ilk çempion kimi düşən "canavarlar" barədə "Sehrli romalıları təbrik edirəm" sözlərini yazıb.

 

Qeyd edək ki, Karlo Ançelotti futbolçu karyerasında 1979-cu ildən 1987-ci ilə qədər "Roma" klubunun şərəfini qoruyub. Onun başçılıq etdiyi "Real Madrid" Çempionlar Liqasının mayın 28-də keçiriləcək final matçında "Liverpul"la qarşılaşacaq. 

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər