Anatoli Nuriyev "Sumqayıt"da? - AÇIQLAMA

Anatoli Nuriyev "Sumqayıt"da? - AÇIQLAMA

Son günlər mətbuatda "Sabah"ın yarımmüdafiəçisi Anatoli Nuriyevin qış fasiləsində "Sumqayıt" a keçəcəyi ilə bağlı xəbərlər yayılıb. 

Məsələ ilə bağlı "Sumqayıt" mətbuat katibi Zaur Xudiyevlə əlaqə saxladıq.

"Kimyaçılar" ın sözçüsü  Zaur Xudiyevin Fanat.Az-a açıqlaması  belə oldu:

"Bizim elə bir oyunçu haqda hansısa təşəbbüsümüz, təklifimiz olmayıb. Ümumiyyətlə, hələ transferlərlə bağlı hansısa bir iş aparılmır. Yayılan məlumatlar həqiqəti əks etdirmir".

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər