Almaniyalı futbolçu İstanbul klubuna keçir

Almaniyalı futbolçu İstanbul klubuna keçir

Almaniyanın "Hannover 96" klubunun futbolçusu Derrik Köhn karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı "Bild" yayıb.

Xəbərə görə, almaniyalı müdafiəçi "Qalatasaray"ın diqqət mərkəzindədir. Mənbə bildirir ki, Derrikin meneceri Ersin Akan danışıq aparmaq üçün İstanbula yollanıb.

Qeyd edək ki, sözügedən oyunçunun "Hannover 96" ilə müqaviləsinin müddəti 2024-ci ilin yayıda başa çatır.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər