Almaniya Bundesliqası: "Frayburq" Bakıya inamlı qələbə ilə gəlir

Almaniya Bundesliqası: "Frayburq" Bakıya inamlı qələbə ilə gəlir

Almaniya Bundesliqasında 12-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, sonuncu oyun günündə 3 qarşılaşma baş tutub.

Lider “Union Berlin” doğma meydanda Mönhenqladbax “Borussiya”sına qalib gəlib. “Frayburq” bu dəfə səfərdə “Şalke 04”ü 2 cavabsız qolla yenib. “Köln” - “Hoffenhaym” matçı isə bərabərliklə bitib.

12 turdan sonra “Union Berlin” 26 xalla vahid liderdir. 25 xalı olan “Bayern” ikinci, 24 xala malik “Frayburq” üçüncüdür. Dortmund “Borussiya”sının isə 22 xalı var.

Bundesliqa  XII tur 

30 oktyabr

Union Berlin – Borussiya (Mönhenqladbax) 2:1 Qollar: Behrens, 79. Doexi, 90+7 – Elvedi, 33.

Şalke 04 – Frayburq 0:2 Qollar: Qrifo, 45+1; 61.

Köln – Hoffenhaym 1:1 Qollar: Kaynts, 13 – Larsen, 36.

29 oktyabr

Bayern Münhen – Maynts 6:2 Qollar: Qnabri, 5. Musiala, 28. Mane, 43. Qoretska, 58. Tel, 79. Şupo-Motinq, 86 – Vidmer, 45+4. İnqvartsen, 82.

Layptsiq – Bayer Leverkuzen 2:0 Qollar: Nkunku, 32. Verner, 83.

Ştutqart – Auqsburq 2:1 Qollar: Jirassi, 15. Anton, 90+1 – Nyederlexner, 4.

Volfsburq – Bohum 4:0 Qollar: Nmeça, 27; 58. Baku, 35. Vind, 80.

Ayntraxt – Borussiya Dortmund 1:2 Qollar: Kamada, 26 – Brandt, 21. Bellingem, 52.

28 oktyabr

Verder - Herta 1:0 Qol: Niklsa Fülkruq, 85.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər