Alman futbolçu "Beşiktaş"da oynamaq istəmir

Alman futbolçu "Beşiktaş"da oynamaq istəmir
Dortmund "Borussiya"sının yarımmüdafiəçisi, "Spartak"da icarə əsasında çıxış edən Andre Şürrle "Beşiktaş"a keçmək niyyətində deyil.
Fanat.Az "Sky" telekanalına istinadən xəbər verir ki, alman futbolçu karyerasını "qartallar"ın heyətində davam etdirmək istəmir.
"Spartak" cari mövsümün sonuna kimi Şürrlenin transfer haqlarını ələ keçirə bilər. Lakin Moskva klubunun bu opsiyadan istifadə etməyəcəyi gözlənilir.
Cari mövsümdə "Spartak" forması ilə 18 matçda meydana çıxan 29 yaşlı oyunçunun aktivində 2 qol, 4 məhsuldar ötürmə var.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər