Alman fanatlardan azərbaycanlı uşaqlara jest

Alman fanatlardan azərbaycanlı uşaqlara jest

Almaniyanın "Ayntraxt” klubunun azarkeşləri azərbaycanlı fanatlara jest edib.

Fanat.Az"eurosport.de"yə istinadən xəbər verir ki, Frankfurt klubunun Avropa Liqasının yarımfinal mərhələsində "Çelsi” ilə ilk görüşündən sonra (1:1) bəzi nikbin tərəfdarlar komandalarının finala çıxacağına inandığından həlledici oyunavaxtından əvvəl bilet alıb. Ancaq "Aytraxt" ikinci matçda penaltilər seriyasında "zadəganlar”a yenildiyindən fanatların arzusu puça çıxıb. Belədə, 100 alman fanat öz biletini Azərbaycanda yaşayanaztəminatlı uşaqlara bağışlayıb. Biletlərin əksəriyyəti SOS Uşaq Kəndinə göndərilib. Xatırladaq ki, Avroliqanın Bakı Olimpiya Stadionunda keçiriləcək finalında "Çelsi” və "Arsenal” qarşılaşacaq.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər