AL finalçılarının - "Tottenhem" və MY-nin şəxsi görüşlərinin statistikası

AL finalçılarının - "Tottenhem" və MY-nin şəxsi görüşlərinin statistikası

Bu gün İspaniyanın Bilbao şəhərindəki "San Mames Barriya" stadionunda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Həlledici qarşılaşmanı almaniyalı referi Feliks Tsvayer idarə edəcək.

Fanat.Az Bakı vaxtı ilə 23:00-da start götürəcək görüşdə üz-üzə gələcək iki İngiltərə təmsilçisinin - "Tottenhem" və "Mançester Yunayted"in indiyə qədər öz aralarında keçirdikləri oyunların statistik göstəricilərini diqqətinizə çatdırır:

Ümumi oyun sayı - 70; "Mançester Yunayted"in qələbə sayı - 42; "Tottenhem"in qələbə sayı - 14; Heç-heçələr - 14; Vurulan qollar - "Mançester Yunayted" - 119, "Tottenhem" - 75.

Qeyd edək ki, "Tottenhem" yarımfinalda iki oyunun nəticəsinə görə Norveç təmsilçisi "Budyo Qlimt"i 5:1, MY isə "Atletik"i 7:1 hesabı ilə üstələyərək finala yüksəlib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər