Afrikalı futbolçu hansı Azərbaycan klubuna keçir? 

Afrikalı futbolçu hansı Azərbaycan klubuna keçir? 

Bolqarıstanın “Lokomotiv” klubunun futbolçusu Alfa Konte karyerasını Azərbaycanda davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, yerli mətbuat syerra leoneli vingerin transferinin yaxın günlərdə reallaşacağını açıqlayıb.

23 yaşlı futbolçununun istedadına rəğmən, intizamsız olduğu və bu üzdən "Lokomotiv" rəhbərliyinin onu satmağı hədəflədiyi vurğulanıb.

Qeyd edək ki, Alfa Kontenin adı “Neftçi” ilə birgə hallanır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər