Afrikalı futbolçu Azərbaycan klubundan təklif alıb

Afrikalı futbolçu Azərbaycan klubundan təklif alıb
Cənubi Afrika Respublikasının (CAR) "Kayzer Çifs" klubunun futbolçusu Hendrik Eksteyn Azərbaycandan təklif alıb.
Fanat.Az xəbər verir ki, bu barədə 28 yaşlı yarımmüdafiəçinin agenti Paleza Mxize açıqlama verib. O, komandanın adını müqavilə bağladıqları vaxt açıqlayacağını söyləyib. 
Qeyd edək ki, Hendrik Eksteyn "Kayzer Çifs"də 2014-cü ildən çıxış edir. O, ötən mövsüm 19 oyuna 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər