AFFA “yatır”, Çerçesov Ayazı yoldan çıxarır - ÖZƏL

AFFA “yatır”, Çerçesov Ayazı yoldan çıxarır - ÖZƏL

Bu ay icarə əsasında oynadığı Mahaçqala "Anji”sindən Moskva "Spartak”ına qayıdan Ayaz Quliyevin Azərbaycan yığmasını seçmək ehtimalı azalır. Fanat.Az-ın məlumatına görə, AFFA danışıqları yubatdıqca ruslar Quliyevi bizimkilərə "yox” deməyə səsləyir.

Belə ki, Rusiya millisinin çalışdırıcısı Stanislav Çerçesov Azərbaycan əsilli yarımmüdafiəçiyə şifahi xəbər göndərib. O, orta xətt oyunçusuna Rusiyanın əsas seçməsində oynamaq, Aleksandr Səmədovun yoluyla getmək variantının olduğunu çatdırıb. Mütəxəssis qalacağı halda, futbolçunun Moskva təmsilçisinin heyətində möhkəmlənmək imkanlarının artacağını da bildirib. 

 

Çerçesov Ayazla yanaşı, "Ufa”nın 1998-ci il təvəllüdlü yarımmüdafiəçisi İvan Oblyakovu da milliyə əsas namizədlərdən sayır.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər