AFFA stadionlar üçün tender elan etdi

AFFA stadionlar üçün tender elan etdi
AFFA stadionlara avadanlıqların alınması üçün tender elan edir.
Fanat.Az xəbər verir ki, təkliflərin qiymətləndirilməsi zamanı şəffaflıq qorunacaq və prosesin təhlükəsizliyi təmin olunacaq. Tenderə qatılmaq istəyənlərdən "Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi”ni müvafiq qaydada dolduraraq AFFA-ya göndərmələri xahiş olunur. Əks halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.
Eyni zamanda qiymət təklifi və yuxarıda qeyd olunan "Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi", eləcə də şirkət tərəfindən irəli sürülən tender təklifi qalib olduğu halda, tələb edilən işlərin vaxtında təhvil veriləcəyinə dair zəmanət məktubu oktyabrın 14-dək bağlı zərfdə AFFA-nın inzibati binasına (Ünvan: Bakı şəhəri, Xətai rayonu, 2208-ci məhəllə, Nobel prospekti, 57F) göndərilə bilər.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər