Bu gün Hakimlər Komitəsi tərəfindən Kütləvi İnformasiya Vasitələri nümayəndələri üçün seminar keçirilib.
Fanat.Az xəbər verir ki, koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar videokonfrans formatında keçirilən seminarda oyun qaydaları, qarşılaşmalarda rast gəlinən mübahisə doğuran məqamlar barədə məlumat çatdırılıb.
Hakimlər Komitəsinin sədri Fritz Stuchlik seminar iştirakçılarının suallarını cavablandırıb.