AFFA Riad Rəfiyevi də Xorvatiyaya apardı

AFFA Riad Rəfiyevi də Xorvatiyaya apardı
Millimiz "AVRO-2020"nin seçmə mərhələsinin ilk turunun Xorvatiya ilə oyunu üçün Zaqrebə gedib.
Fanat.Az xəbər verir ki, komanda Heydər Əliyev adına Beynəlxalq Hava Limanından bu gün saat 16.30-da çarter reysi ilə səfərə çıxıb. 
Təyyarədə milli komanda ilə yanaşı, AFFA İcraiyyə Komitəsinin üzvləri - Vaqif Sadıqov, İsgəndər Cavadov, eləcə də "Sumqayıt" klubunun prezidenti Riad Rəfiyev yer alıb.
Qeyd edək ki, martın 21-də keçiriləcək Xorvatiya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23.45-da başlayacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər