AFFA rəsmisi "Mançester Siti"nin oyununda

AFFA rəsmisi "Mançester Siti"nin oyununda
AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva növbəti təyinat alıb.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, K.Mehtiyeva qadınlardan ibarət komandalar arasında Çempionlar Liqasının 1/4 final mərhələsində keçiriləcək "Linköpinqs” (İsveç) – "Mançester Siti” (İngiltərə) oyununun UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma  martın 28-də Linköpinq şəhərində baş tutacaq. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər