AFFA rəhbərliyindən təqdimat

AFFA rəhbərliyindən təqdimat

Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayev UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında Bakı şəhərinin final oyunlarına namizədliyi ilə bağlı xüsusi təqdimat keçirib. 

Fanat.Az xəbər verir ki, bu, Çempionlar Liqası və Avropa Liqası turnirlərinin 2019-cu ildə keçiriləcək final oyununun təşkili məqsədilə AFFA Bakı Olimpiya Stadionunun namizədliyinə həsr olunub.

 

Görüşdə AFFA-nın vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edib.

 

Qeyd edək ki, oyunların keçiriləcəyi stadionlarla bağlı UEFA İcraiyyə Komitəsinin qərarı bu il sentyabrın 21-də açıqlanacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər