AFFA "Qəbələ"nin baş məşqçisini cəzalandırdı

AFFA "Qəbələ"nin baş məşqçisini cəzalandırdı
AFFA İntizam Komitəsi "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyevi 1 oyunluq cəzalandırıb.
Fanat.Az-ın məlumatına görə, səbəb 41 yaşlı mütəxəssisin "Neftçi" ilə Azərbaycan Premyer Liqasının XVI tur matçında ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılmasıdır. Qərara əsasən, Baxşıyev "Sumqayıt"la növbəti tur matçında texniki zonada yer ala bilməyəcək, klubu isə 800 manat cərimə ödəyəcək.
"Qəbələ" daha 800 manat cəriməni isə 4 futbolçusunun sarı vərəqə alması səbəbindən ödəyəcək.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər