AFFA Nuriyev və Əhmədzadəyə görə danışıqlara başlayıb

AFFA Nuriyev və Əhmədzadəyə görə danışıqlara başlayıb
AFFA Ukrayna Premyer Liqa təmsilçisi "Minay” klubunun üzvləri Anatoli Nuriyev (yarımmüdafiəçi, 24 yaş) və Rüstəm Əhmədzadənin (hücumçu, 20 yaş) milliləşdirilməsi məqsədi ilə danışıqlara başlayıb.
Qurumun mətbuat xidmətinin Firuz Abdulla Qol.az-a açıqlamasında bildirib ki, hazırda AFFA ilə Ukrayna Futbol Federasiyası bununla bağlı məktublaşma aparılır:
 
"Millimizin baş məşqçisi Canni de Byazi də demişdi ki, Ukraynada çıxış edən iki azərbaycanlı futbolçunu bəyənib. Onların qarşıdakı təlim-məşq toplanışına cəlb olunması hüquqi prosedurların sürətindən asılıdır. Hazırda federasiyalar arasında məktublaşmalar gedir. Bu, başa çatmalıdır ki, hüquqi prosedura start verilsin  Futbolçuların milliləşdirilməsi ilə bağlı hələlik rəsmi bir şey yoxdur. Bu barədə gələn həftə danışsaq, yaxşıdır”.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər