AFFA-nın maraqlandığı hücumçunun arzusu

AFFA-nın maraqlandığı hücumçunun arzusu
Ukraynanın "Minay" klubunun futbolçusu Anatoli Nuriyev cari mövsüm üçün şəxsi hədəfini açıqlayıb.
Fanat.Az xəbər verir ki, azərbaycanlı hücumçu yutubda yayımlanan "Futbolnıy format" verilişinə müsahibəsində cari mövsümün bombardiri olmaq istədiyini söyləyib.
Hazırda 6 qolla yalnız Kiyev "Dinamo"sunun hücumçusu Viktor Tsıqankov və "Olimpik"in üzvü Şahab Zahedidən (hər ikisi 8 qol) geri qalan futbolçu məqsədinə çatmaq üçün əlindən gələni edəcəyini vurğulayıb.
Qeyd edək ki, AFFA hazırda Anatali Nuriyevi Azərbaycan millisinə dəvət edmək üçün onunla danışıqları davam etdirir. Futbolçunun özü də yığmamızda oynamaqda maraqlıdır.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər