AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyətinə müsbət cavab verildi

AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyətinə müsbət cavab verildi
İsveçrənin SGS şirkəti 2020-ci ildə AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti ilə bağlı apardığı yoxlamanın nəticələrini açıqlayıb.
Fanat.Az-ın məlumatına görə, bununla bağlı şirkətdən AFFA-ya məktub ünvanlanıb. Məktubda qeyd olunub ki, AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğundur.
Lisenziyalaşdırma qrupu 2021-2022-ci il Lisenziyalaşdırma mövsümündə Azərbaycan klublarının UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malikdir.
Qeyd edək ki, SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər