AFFA-nın baş katibi və səfir Monakoya getdi

AFFA-nın baş katibi və səfir Monakoya getdi
AFFA-nın baş katibi Elxan Məmmədov və Bakıda keçiriləcək Avropa Liqasının final matçının səfiri Vəli Qasımov Monakoya yollanıb. 
Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, hər iki şəxs Avroliqanın qrup mərhələsinin püşkatma mərasiminə qatılacaq. Bakı vaxtı ilə saat 15:00-da başlanacaq tədbirdə Azərbaycanın yeganə təmsilçisi "Qarabağ"ın rəqibləri müəyyənləşəcək. 
Qeyd edək ki, Avropa Liqasının final oyunu 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər