AFFA mövsümün ilk cəzalarını açıqladı

AFFA mövsümün ilk cəzalarını açıqladı

AFFA İntizam Komitəsinin iclası keçirilib. Fanat.Az xəbər verir ki, komitə üzvləri Premyer Liqanın I turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

XXVI Topaz Premyer Liqasının I turunun “Sumqayıt” – “Kəpəz” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

XXVI Topaz  Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin I turunun “Sumqayıt” – “Kəpəz” matçının 74-cü dəqiqəsində “Kəpəz” klubunun 2 №-li futbolçusu Yusif Cəfərov ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.

 

XXVI Topaz  Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin I turunun “Zirə” – “Səbail” matçının 47-ci dəqiqəsində “Səbail” klubunun 85 №-li futbolçusu Xaliq İbrahimov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər