AFFA millimizin baş məşqçisinin adını açıqladı

AFFA millimizin baş məşqçisinin adını açıqladı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizəd açıqlanıb.

 

Fanat.Az xəbər verir ki, AFFA-nın Məşqçilər Komitəsinin və baş katibliyin birgə fəaliyyəti çərçivəsində vəzifəsinə müxtəlif mütəxəssislərin namizədliyi müzakirə olunub.

 

Həmin məşqçilərlə görüşlər keçirilib. Hazırda U-21-in baş məşqçisi vəzifəsinə namizəd serbiyalı mütəxəssis Milan Obradoviçdir.

Bütün şərtlərlə bağlı qarşılıqlı razılıq əldə ediləcəyi təqdirdə, Azərbaycan U-21 millisinin baş məqşçisi vəzifəsi Məşqçilər Komitəsinin təqdimatına əsasən Milan Obradoviçə həvalə olunacaq.

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər