AFFA milli üçün rəqib tapdı

AFFA milli üçün rəqib tapdı
Azərbaycan milli komandası yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. 
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv Litva yığması ilə üz-üzə gələcək. 
Martın 25-də "Bakcell Arena”da təşkil olunacaq görüş saat 18:00-da başlayacaq. 
Qeyd edək ki, Azərbaycan millisinin Nikola Yurçeviçin rəhbərliyi altında ilk sınağı martın 21-də səfərdə Xorvatiyaya qarşı olacaq. AVRO-2020-nin seçmə mərhələsindəki ilk görüş Zaqreb şəhərindəki "Maksimir" stadionunda keçiriləcək. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər