AFFA milli komandanı toplanış üçün hansı ölkəyə göndərir?

AFFA milli komandanı toplanış üçün hansı ölkəyə göndərir?
DÇ-2022-nin seçmə mərhələsində çıxış edəcək millinin hazırlıq planı böyük ölçüdə müəyyənləşib.
Sportinfo.az-ın AFFA-dan əldə etdiyi məlumata görə, komanda martın 13-14-ü aralığında bir araya gələcək. Bakıda toplaşacaq kollektiv 1 gün sonra ölkə xaricinə üz tutacaq.
Martın 24-də Portuqaliyanın qonağı olacaq, 27-də Qətər, 30-da isə Serbiya ilə qarşılaşacaq yığmamızın Avstriyada təlim-məşq toplanışı keçməsi nəzərdə tutulur.
Lakin bu, hələ dəqiq deyil. Niderland, Belçika və İspaniya - Canni De Byazinin komandanı bu ölkələrdən birinə aparması da mümkündür. Hər halda bu, koronavirus pandemiyasına görə adıçəkilən ölkələrdə vəziyyətin necə olmasından asılıdır.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər