AFFA klublarla təqvimi müzakirə etdi

AFFA klublarla təqvimi müzakirə etdi
AFFA, Peşəkar Futbol Liqası (PFL) və Klublar Komitəsinin videokonfrans formatında növbəti birgə iclası keçirilib.
Fanat.Az təşəbbüsçü AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, iclasda icraçı vitse-prezident Elxan Məmmədov, PFL-in prezidenti Ramin Musayev, Premyer Liqa klublarının nümayəndələri və digər rəsmilər iştirak ediblər.
Toplantıda mövcud vəziyyət nəzərə alınmaqla Azərbaycan Premyer Liqasının təqvimi müzakirə olunub, ətraflı fikir mübadiləsi aparılıb.
Müzakirə olunmuş məsələ ilə bağlı qərarı PFL qəbul edəcək.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər