Bu gün AFFA İcraiyyə Komitəsinin iclası olacaq

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası olacaq
Dekabrın 24-də AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçiriləcək.
Fanat.Az AFFA-nın saytına istinadən xəbər verir ki, saat 11:00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:
1.2021/2022-ci il mövsümündə UEFA klub yarışları və Azərbaycan Premyer Liqasında iştirak üçün klubların Lisenziyalaşdırma qaydalarının təsdiqi
2.Müqavilə müddəti başa çatmış və yekunlaşmaqda olan aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçilərinin müqaviləsinin qarşılıqlı razılıq əsasında uzadılması
3.AFFA-nın növbəti Konfransının tarixinin müəyyənləşdirilməsi
4.Digər məsələlər
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər