AFFA İcraiyyə Komitəsinin iclası keçirilir

AFFA İcraiyyə Komitəsinin iclası keçirilir
AFFA-nın XXV Konfransı başa çatdıqdan sonra qurumun İcraiyyə Komitəsinin iclası işə başlayıb. 
Fanat.Az xəbər verir ki, milli assosiasiyanın prezidenti Rövnəq Abdullayevin sədrlik etdiyi iclasa İK üzvlərinin hamısı qatılıb. Eyni zamanda FİFA və UEFA nümayəndələri də toplantıda iştirak edir. 
İclasın əvvəlində R.Abdullayev 70 yaşı tamamlanan veteran futbolçu və ümumittifaq dərəcəli keçmiş hakim Rüstəm Rəhimovu 70 yaşı münasibətilə təbrik edib. Toplantı daha sonra qapalı formatda davam etdirilib.  
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər