AFFA İcraiyyə Komitəsinin gündəliyi bəllidi

AFFA İcraiyyə Komitəsinin gündəliyi bəllidi

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının yeri və vaxtı bəllidi.

 

Fanat.Az-ın məlumatına görə, yığıncaq mayın 11-də reallaşacaq.

 

Futbol qurumunun inzibati binasında keçiriləcək toplantı saat 10:00-da başlayacaq. Artıq tədbirin gündəliyi də məlumdu.

Komitə üzvləri öncə Topaz Premyer Liqası klublarının əvəzedici  komandaları arasında keçirilən çempionatla bağlı Klublar Komitəsinin mayın 1-dəki iclasında irəli sürülən təklifləri müzakirə edəcək. Ardınca Topaz Premyer Liqasında gənc futbolçularla bağlı limitə baxacaq komitə Lisenziyalaşdırma prosesi ilə bağlı məlumatı dinləyəcək. Tədbirin sonunda digər məsələlər də müzakirə olunacaq.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər