AFFA hakimi vuran futbolçuya 2 illik cəza verdi

AFFA hakimi vuran futbolçuya 2 illik cəza verdi
Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsində mübarizə aparan "Baku Fans” klubunun üzvü Aqşin Ömərov 2 illik diskvalifikasiyaya məruz qalıb. 
Fanat.Az xəbər verir ki, bu qərarı AFFA İntizam Komitəsi bugünkü iclasında verib.
Belə ki, ADBTİA ilə matçın 20-ci dəqiqəsində qırmızı vərəqə alan Ömərov meydandan kənarlaşdırılarkən oyunun hakimi Yusif  Nurullayevə qarşı fiziki təzyiq göstərərək, onu yumruqla vurub. Nəticədə hakim ciddi xəsarət alıb. Hadisəni araşdıran İK futzalçını 2 il müddətinə futboldan kənarlaşdırıb.
Həmçinin qarşılaşma sona qədər keçirilmədiyindən, "Baku Fans”a 0:5 hesablı texniki məğlubiyyət verilib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər