AFFA hakimi döyən məşqçinin cəzasını azaltdı

AFFA hakimi döyən məşqçinin cəzasını azaltdı
AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.
Fanat.Az xəbər verir ki, aparılmış müzakirələrdən sonra "Sumqayıt” tərəfindən sabiq məşqçisi Anton Dioçenkonun cəzası ilə bağlı verilmiş apellyasiya şikayəti qismən təmin edilib.
"Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində keçirilmiş "Keşlə” - "Sumqayıt” oyununda qeydə alınmış qayda pozuntusuna dair qonaq komandanın məşqçisi Anton Dioçenko barədə AFFA İntizam Komitəsinin 25 sentyabr tarixli qərarı qismən dəyişdirilib. Ukraynalı mütəxəssisin aqressiv davranış və hakimə qarşı fiziki təsir göstərdiyinə görə cəzalandığı oyun sayı 10-dan 5-ə, klubun barəsində 8000 manat məbləğində müəyyənləşdirilmiş cərimə isə 4000 manata endirilib.
Qeyd edək ki, Dioçenko artıq "Sumqayıt”la yollarını ayırıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər