AFFA əsas milli üçün daha bir rəqib tapdı

AFFA əsas milli üçün daha bir rəqib tapdı
Futbol üzrə Azərbaycan millisinin daha bir yoldaşlıq oyunu keçirəcəyi müəyyənləşib.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Canni De Byazinin baş məşqçilik etdiyi komanda Moldova seçməsi ilə üz-üzə gələcək.
Qarşılaşma iyunun 5-də paytaxt Kişinyovda gerçəkləşəcək.
Qeyd edək ki, Azərbaycan yığması mayın 28-də Alanyada Türkiyə, iyunun 2-də isə Minsk şəhərində Belarus yığması ilə qarşılaşacaq.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər