AFFA koronavirusa yoluxmuş veteran futbolçu Elbrus Abbasovun müalicəsini nəzarətə götürüb.
Bu barədə "Report"a Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib. Onun sözlərinə görə, milli assosiasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədov sabiq hücumçunun səhhətinin ağırlaşmasından xəbər tutduqdan sonra E.Abbasovun müalicə aldığı "Yeni klinika" ilə əlaqə saxlayıb.