21 yaşadək millimizin baş məşqçisi Yaşar Vahabzadənin istefa verməsi özü ilə bağlı bəzi mətləblərə aydınlıq gətirib.Onun verdiyi istefa qərarının baş katib Elxan Məmmədov tərəfindən qəbul edilməsi AFFA Nizamnaməsinə ziddir.Belə ki, Nizamnamənin 38-ci maddəsinin 1-ci bəndində göstərilib ki, milli komandalar üçün məşqçiləri təyin etmək və vəzifədən azad etmək AFFA İcraiyyə Komitəsinin (İK) səlahiyyətinə məxsusdur. Lakin dünən AFFA-nın verdiyi xəbərdə İcrakomun hər hansısa iclasının olması barədə məlumat yoxdur. Yəni, istefa qərarı məşqçinin hesabatını dinləyən Elxan Məmmədovun birbaşa istəyi ilə qəbul edilib.Yeri gəlmişkən, bu Nizamnamə pozuntusu ilk belə hal deyil. Əldə etdiyimiz məlumata görə, bu ilin martında AFFA İK-da Gənclər və İdman Nazirliyinin mərhum şöbə müdiri, namizədliyi Uşaq və Gənclər Futbol Federasiyası tərəfindən verilmiş Mirkamil Rəhimovun yerinə seçilən Zaur Axundovun da orda oturması qanunsuzdur. "İnter" klubunun Müşahidə Şurasının sədri, eləcə də Azərbaycan Futzal Federasiyasının prezidenti olan Axundov məhz 2-ci qurum adından AFFA-nın icraedici orqanında təmsil olunur.Bu isə Nizamnaməyə ziddir. Belə ki, ondan öncə AFFA-ya üzv olan Sahə Futbol Federasiyası, daha dəqiq desək, Futzal Federasiyası adından "SOCAR-Georgia"nın rəhbəri Mahir Məmmədov İK-da təmsil olunurdu. Zaur Axundovun gəlişi ilə Futzal Federasiyasından 2 nümayəndə İK-da təmsil olunmağa başladı. Belə olan halda, bir qurumdan 2 adamın namizədliyinin qeydə alınması hansı qaydalara uyğundur?!Yəqin ki AFFA tərəfi eyni qurum adından 2 namizədin təmsil olunmasının qaydalara zidd olmadığını deməyə çalışacaq. O zaman sual doğur, niyə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov son seçkilərdə İctimai Futbol Təşkilatlarındakı (Futbolsevərlərin İctimai Birliyi) yerini PFL-ə ("Neftçi" PFK) dəyişərkən I vitse-prezident Rauf Əliyevi "Neftçi"dən "atdı"? Əgər bu qaydalara zidd deyildisə, elə Rauf Əliyev də "Neftçi" tərəfindən təmsil olunan 2-ci nümayəndə kimi qalardı. Nəzərə alaq ki, 2016-cı ilin martındakı seçkilər zamanı artıq AZAL-ın "Xəzər Lənkəran"dan sonra I dəstəni tərk etməyə ən yaxın klub olduğu ehtimal edilirdi. Bəs o zaman Rauf Əliyevi nə məcbur edirdi ki, AZAL adından seçkilərə qatılsın?!Bir sözlə, suallar çoxdur. İndi söz AFFA rəsmilərinindir...Mənbə: Prosport.az
AFFA-da Nizamnamə pozuntusu: Bir qurumu İK-da 2 nəfər təmsil edir
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
DİGƏR
22:53
04.10.2026
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
DİGƏR
15:47
03.10.2026
Azərbaycan gimnastlarından 5 "qızıl", 1 "gümüş"
DİGƏR
19:48
02.10.2026
"Marafon" "World Winners Cup Alanya 2026" turnirində iştirak edəcək
DİGƏR
20:19
30.09.2026
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidə 5 medal qazandılar